Elige una pista para reproducir
Nədir bəxtimizə düşən, ayrılığın adıdırmı?
Uzaq olsaq da, düşən yada yarın yadıdırmı?
Bu gələn dad acıdır, eşqimizin dadıdırmı?
Gedən onsuz da gedər, heyif, sevgi badə gedir
O gedəndən içirəm, şərab badə-badə gedir
Elə bil yıxılmışam, əl tutanım yoxdur mənim
Çinaram səhralığa, gəl, budağım yoxdur mənim
Qurumuş torpağa tən bağça-bağım yoxdur mənim
Gözümün önündə yar addım atır, yada gedir
O gedəndən içirəm, şərab badə-badə gedir
Mən həmin baxışlarla gözlərinin aşiqiyəm
O şirin dillərinin, sözlərinin aşiqiyəm
Mənə bağlı ikən olan hisslərinin aşiqiyəm
Həyatım təxminidir, saat radə-radə gedir
O gedəndən içirəm, şərab badə-badə gedir
Hər anı əzbərimdə qarış-qarış tellərinin
Yatıram, xəyal edirəm onla olan günlərimi
Oyanıb hiss edirəm istiliyini əllərinin
Belə halda ikən, inan, qəflətən iradə gedir
O gedəndən içirəm, şərab badə-badə gedir
Bu əzablarla nədir sevgi bilib sayəndə
Leylinin Məcnunuyam, söhbəti var barəmdə
Nə cəhənnəm, nə də cənnətdir maraq dairəmdə
Bu sirri bilən bilir, savaş bu dünyada gedir
O gedəndən içirəm, şərab badə-badə gedir
Dəyişib dövranım, hər kəs tanıyır, hamı bilir
Gəlmişəm qarış-qarış, danışmışam, hamı bilir
Dünyanın hər cürəsini ömür edirəm şanı bilib
Bu adam mərd yaşayıb, sadə gəlib, sadə gedib
Gedən onsuz da gedib, şərab badə-badə gedir