Elige una pista para reproducir
Bəli sevmək çətindir,
Bu bir klişedir, amma dərin,
Bəli sevmək çətindir,
Sevməmək ondan çətin,
O qədər gözəlsən ki,
Sən ətimi tökürsən,
O qədər gözəlsən ki,
Tələ kimi görünürsən
Elə bilrdim yoxdur məndə belə şey
Di gəl indi bununla əlləşək
Müasir qaqaşam, aşırı təzədir başım,
Aşıq olduğum dedi qaqayam, adam nəsə çaşır,
Gözün-qaşın həll eləmir məsələni bu səfər
Dedi azikəm, qaqayam, abüzerəm
Dedi bu nə paxıllıqdır, sanki luzerəm
Hamınız aziksiniz, deyillsiniz düzələn myəh
Get ona de ki, mənə girmir
Özünə bir sevgili tapıb gedib ona raf eləsin
Gözlərəm bir gün içib, açarın itirib,
Səni qız kimi bəyəndiyin etiraf eləsin
Mən də bilməzdim belə qısqancam ey,
Başıma gələndə, bildim ancaq ey,
Özünü yaxın hiss edir azca ey
O Dost deyil, aramızda pazdı ey,
Sevmək çətindir,
Bu bir klişedir, amma dərin,
Bəli sevmək çətindir,
Sevməmək ondan çətin,
O qədər gözəlsən ki,
Sən ətimi tökürsən,
O qədər gözəlsən ki,
Tələ kimi görünürsən
Elə bilirdim yoxdur səndə belə şey
Di gəl indi bununla əlləşək ey ey,
Birinci baxanda xeyli də normal idin,
Şirin dil bal idin, elə bildim anidən, həyatda qalibəm
Elə bildim, tam adekvatsan,
İndi gördüm yox e, standart arvadsan
Mənə lazımdır kofe, enerjimi sabahdan,
Tükətdin okey, vərdiş elədim bu cürsən,
Nəsə demədən küsürsən
Xırda səhv elədim çürüdürsən,
Gördün sərf eləmir üzülürsən,
Birdən mərmiləri yürüdürsən,
Durduq yerdə mənfilərimi
sadalayıb gic kimi gülürsən
Ay qız necə yəni səni xətrinə bu dəyir,
Qıza qəşəngsən deməyim. deməyim?
Sadəcə tərbiyəmi, sərgilədim, mən bilən o ayrılıbdır,
Mehribanam, bu mənəvi köməyim,
Sevmək çətindir,
Bu bir klişedir, amma dərin,
Bəli sevmək çətindir,
Sevməmək ondan çətin,
O qədər gözəlsən ki,
Sən ətimi tökürsən,
O qədər gözəlsən ki,
Tələ kimi görünürsən
Ala sənin atana, anana,
Qaşına, gözünə,
Ətirinə, dadına,
Səsinə, sözünə,
Həyata baxışlarına,
Bacı qardaşlarına,
Qəliz kaprizlərinə,
Mürəkkəb hisslərinə,
Hörmət edirəm, çünki sənə də hörmət edirəm,
onlara da hörmət eləməliyəm.
Kstati, şokolad almışam, istəyirsən?