Elige una pista para reproducir

Ox çıxar yaydan gözəl
Qəlb olmasa, daşa dəyər
İnanma hər gözəl sözə
Hərlənib başa dəyər
Qədir-qiymət bilməyənin
Halımızı sormayanın
İtirib axtarmayanın
Gözü göz yaşa dəyər, yar
Nədən belə daşlaşmısan
Mənə gəlsin daşa gələn
Könlümlə yadlaşmısan
Ağıla birbaşa gələn
Üzüntüdən yox taqətim
Sıxıntıdan yox səadətim
Səni sevməkdir adətim
Çəkilər başa gələn, yar