Eyo Richie, bunların hamısı bizəmi dəyər biçir?
Adama deyərlər ki, odun məndə, qaşınmasın peçin
Dola bunların boyunlarına xaltalarını sal səpə
Hərdənbirdən, 17 min eşşək vuraq az repə
Sənəmi baxır çayxanadakı dəm çayniki lüləyi?
Fürsət oldu dedik-dedik, anlamadısa gedək
Bir dənə parti verək yuxarısında Konte Verde klubun
İlkinə yığ ya da mənə yığ, yarısını ver klubun
Böyüyərsən baxma, orası Buddha məbədi daxma
Sənin ümid yerin Brahma, mənim Rəhim və Rəhman
Sərt əsər Musson, qaqan ətdi-mətdi bizon
Təbiət verilişləri üçün 17-yə basın
Xəstəliyimin aşamasında irinlərimi qaşımasın
Səthi-vücud daşa basılar, daxili güc yaşamasa
Səsimi FL-in beatlərində Meggle yağına qaymaq
Qartal mənə dimdik atar, aşağıdakına caynaq
Kim deyir ki, pul var repdə?
Respectin şalvarında, respectim cap-də
Reklam üzdə, bacarıq dibdə
Nə qədər gedər beat-lər, o qədər bizdən uzaq wack-lər
Kim deyir ki, pul var repdə?
Respectin şalvarında, respectim cap-də
Reklam üzdə, bacarıq dibdə
Nə qədər gedər beat-lər, o qədər bizdən uzaq wack-lər
Tut ləkə dad, buranı gözləmə qədər çəskindadı
Fikir verin qafiyələnməm elə bil ləzgi hənkıladı (və ya "ləzgi inqıladı")
Bit (beat) oynasın, məndə it oynadım, müştəri itmə, doymasın
Usta sən də dinlə buzda
Nə qədər desəm azdır, burda nə qədər fəsad var
Polnu verib yazdı, fırlat bitlər Kamazla
Dağlı bir dəniz, dropa qoymalıyam iz
Söz deməyim sən su olacaq, zamanla daha təmiz
Oranqutan reperlərə mayk (mic) yerinə banan
Lazımsız fanat, məncə repə lazım qanan
Nəysə, sabah biraz güc verək bu feysə (face)
Pul qoyaq reklam edək əgər ki, ona dəysə
Error verir faylın, yatmısızsa ayılın
Versim (verse-im) ot tutan dodağa buzlu su kimi yayılır
Mən də indi başladım ki, bu ilk trekim sayılır
Gözləyim də ona görədir ki, dostu pisdən ayırım
Kim deyir ki, pul var repdə?
Respectin şalvarında, respectim cap-də
Reklam üzdə, bacarıq dibdə
Nə qədər gedər beat-lər, o qədər bizdən uzaq wack-lər
Kim deyir ki, pul var repdə?
Respectin şalvarında, respectim cap-də
Reklam üzdə, bacarıq dibdə
Nə qədər gedər beat-lər, o qədər bizdən uzaq wack-lər