Qəssab dayı, bir günləri bir növ cavan, bir bəniadəm həqiqət axtarışında yola çıxır
Bu adamın bu dünyada dadmadığı, təcrübə eləmədiyi heç bir şey qalmayıb
Ancaq ki nə özünü tamam hiss eliyir, nə tətmin
Deyir həqiqət əskikliyi içində yola çıxıram
Meşələr gəzir, dağlar aşır, çaylar keçir, yolu səhradan düşəndə susuz qalır
Əlini qaldırır, Allaha dua eliyir ki
Ya Rəbb, qurban olum, mənə su ver
Ya Rəbb, mənə su ver yoluma davam eliyim
Ya Rəbb, bu həqiqət arayışında məni sənsiz qoyma
Nə bir işarə, nə bir səs, nə bir soraq
Qalıb səhranın ortasında, Allah deyib dayanır
Əsəbiləşir, öz Rəbbindən üz döndərir
Şeytana dua eləməyə başlayır
Bu vaxtı yerdən bir bulaq əmələ gəlir və ağzını dayayıb doyunca içir
Başını qaldırır, qarşısında belə tozun-dumanın içində ağappaq geyinmiş
ağ ayaqqabı, ağ kostyum, ağ qalstuk, ağ очки, ağ saat, красавчик
bir dənə oğlan dayanıb. Deyir
Sən kimsən
Красавчик deyir ki
Mənəm də Şeytan
Qaqaş belə diksinir, deyir
Bəs bizə göstəriblər ki, Şeytanın buynuzu, quyruğu var
Qaqaş deyir
Qələm keçib "пер-петух"un əlinə, nə gəldi yazır da