Elige una pista para reproducir
Qaranlıqlar
İlə örtür gözlərini o
Çağırılmamış qonaq lay low
Retroqradın küçələri ilə gəzirik, gizlədir bizi
Qaranlıqlar
Addımlarımızı sayırıq ki, qayıdanda bilək hara qayıdırıq
Hər şey ölçülü biçili, Dərəcə İki
Ancaq içlərindən seçilənləri biz ayıldırıq
Bizə lazım deyil problem
Kimi səhv səhv kimi kimi "прав"dır
Ola bilməliyik sıradan random
Keçə bilmək üçün biz növbəti raunda
Retroqradın dolu boruları Qaraqan
Elə bil neft maqnatı
Qəzetləri yazır küçədə noyabr
Amma bu noyabr nəsə fevral dadır
Könlümün sevgili məhbubu mənim
Bax nə günlərə qaldı vətənim
Buralar deyil mənim vətənim
Yadındamı ataları əqidəli, balaları mədəni
Pəncərəaltılarında səməni
İkinci dərəcə pul idi birincisi nədi əməlin
Əbu-Dabidə Louboutin-ə görə gələcək analar satmırdı bədənin
Dünən cırıb vərəqin
Sevmirdi ki, Quran ərəbin
Bugün sevir qızının dalına sillə vuran ərəbi
Qaranlıqlar
Çöküb üzərinə şəhərin
Görürəm ilanı
Neçə il qanıma damla-damla vururam mən onun zəhərin
Səhəri gələnə kimi, Neo bu qaranlıqlarınızadı neon
Uzundu kino, bro, bura hələ harasıdı əsərin!
Alo, nədi kod?
Okey, görüşürük sahilində Xəzərin
Xəzərin sahilində
Qatarların üstü ilə biz damdabacalar
Kupedə isti, kupedəkilər yatacaqlar
Bizi axtarır onlar amma zırt tapacaqlar
Küçük hürür - qəşəng hürür
Amma karvana çata çətin
Yazmırıq ki, düşə düşük chart-a,
Çəkirik bənövşələri açıla tapmacaları
Gecə atəş açar güdər canımı
Silindr-daraq tapancalar
Ata qayıdıram evə
Məni qaytar geri yerə
Orda qalıb hələ işim
Məni qaytar ora yenə
Dirilirik yenidən
Gəzir küçələri bu qəribə minivan
Retroqradın içini-biçini bilirəm
Pələngləri məstanlaşır
Dadan kimi dili qənd sığallarsan başın
Yo, burda lazım bizə bəlkə beat switch
Dirilirik yenidən
Gəzir küçələri bu qəribə minivan
Retroqradın içini-biçini bilirəm
Pələngləri məstanlaşır
Dadan kimi dili qənd sığallarsan başın
Hara daşır yeraltı suları şəhərin
Meyitlərinə yarasalar daraşır
Halogen lampalar göstərir hardadı
Tapırıq xəritədəki qarajı