Enir başımdan təcrübəli pilot
Ram edildi Harut
Günəş açarını qaranlığın kilidinə
Qoca dünya bir uşağın ümidinə
Zaman sadəcə bir rəqəm
Bizim ağlımız gedib bu gün dünən
Bütün ətirlər basdırılıb gülə
Bütün təqvimlər yanıb dönüb külə
Böyük arzular bizdən uca
Nəhəng qara divarlar necə yeyir əhəng
Sənli fikirlərin tən yarısı cəfəng
Həddi keçənlərin sözlərində tüfəng
Basıb bağrımıza tikan dolu çələng
Bəlkə sevir öz qəfəsini pələng
Necə su yolunda qırılacaq səhəng
Nə yeni bir xəbər çatır mənə nə zəng
Şan bu cəng ölümdür əsən
Bu köz bu kədər Simurqa vətən
Dar gəlməz bu həng bədənə
Doğar kəpənək bürüsən kəfənə
Soyuq cərrah bıçağı ürəyin qırağına
Külək tikanları qovur qatıb qabağına
Yenə keçmişdən sayıqlayır qoca axmaq
Eşq bir-birinə yox eyni yerə baxmaq
Çətin çıxar düşən bu mərəzin azarına
Div gəlib qoyub gül igidin məzarına
Əgər bir də yolun düşsə canın bazarına
Bütün enən bayraqları asın hasarına
Böyük arzular bizdən uca
Nəhəng qara divarlar necə yeyir əhəng
Sənli fikirlərin tən yarısı cəfəng
Həddi keçənlərin sözlərində tüfəng
Basıb bağrımıza tikan dolu çələng
Bəlkə sevir öz qəfəsini pələng
Necə su yolunda qırılacaq səhəng
Nə yeni bir xəbər çatır mənə nə zəng
Şan bu cəng ölümdür əsən
Bu köz bu kədər Simurqa vətən
Dar gəlməz bu həng bədənə
Doğar kəpənək bürüsən kəfənə