Adı Qadam Tapor
Corabsız ayaqda rezin sapoq
Onları çıxarıb hamısını at evə
Yoluvu gözləyir Bakı restoran və kafelər
Bu onun şəhərə birinci gəlişi
Bundan qabaq Bulvarda ad qoyub böyük qərdeşi
Sıxır yenə problem və məişət
Rayondakı ailəsinə pul lazım dəhşət
O da gəlib yaramağa hər işə
Çoxlu pul üçün qatsın gərək tər işə
Səhər axşam işləyəcək vəhşi
Köynəyi basıb şalvara bərkidəcək qayışı
Gecələrsə bar club qız aaa
Bütün daşlar töküləcək luzadan
Saç düzümü kubik yəni Vandam
Yanıq bədən izi çıxır maykadan
Üst baş ağ hər gün stroykada
Ama deyir eləməli kayf adam
Qoşulacaq qonşudakı wifia
Hər gələni like elədi instada
Kolbasa çörək önündə Winston ağ
Bakıdakı xalaoğlu da qonaq
Xalaoğlu tərpən gedək qız tutaq
Tarqovu ya bulvarın dəniz qırağı
İdrakı da çağır söhbətə qataq
Əvvəl gətir biraz araqdan vuraq
Talpaynan gedək hamıya söz ataq
Priçoskamı düzəldim balta tağ
Qoluma qızıl adıynan taxdığım bujik
Kəndimdə mənim ləqəbim zalatoy mujik
Anam deyir oğlum sənin toy yaşın uje
Halal süd əmmiş bir qız yoxdu sənə neujeliy
Di gəl ki mən xala dəlisi
Ya da bir dənə gəlin nömrəsi babat dərisi
İnsta modelləri edim kənizim
Şəkil çəksin atsın adam ərisin