Elige una pista para reproducir
Keçib həyat, mən haradayam?
İndi iyirmi yaşım harada?
Keçir həyat, gözdən itir
Boz adamlar maşınlarda
Gedir üzünün cizgiləri
Yaddaş o yaddaş deyil
Sənə də olmur yazmaq indi
Daha yaş o yaş deyil
Parfümün "Chanel", "Bleu de Chanel"
Həyatın işıqlar, kamera poz
Futlyarımdadır saatın
İlləri dartır, aparır bu parovoz
(səndən sonra)
Səndən sonra həyatım səhnə, pərdə, kulis
Ayırır məni, səni, qatar, gəmi
Ayırır bu megapolis
Parfümün "Chanel", "Bleu de Chanel"
Həyatın işıqlar, kamera poz
Futlyarımdadır saatın
İlləri dartır, aparır bu parovoz
(səndən sonra)
Səndən sonra həyatım səhnə, pərdə, kulis
Ayırır məni, səni, qatar, gəmi
Ayırır bu megapolis
Radioda Parla Piano, siqaret alışır tam
Arada xəbərin gəlir hərdən dostdan, tanışımdan
Bu "Veiche memoria", hər kəsi gömdüm, gəldim
Səni yalnızlıq, məni də təkcə gümüş güllə öldürərdi
Radioda Parla Piano, səni məndən ayıran
Sürürəm uzağa gecələr, arada səni xatırlayıram
Məni də unutma, bilim ki, kimsə də sağdır
Ölmək sevdiyin insanlar tərəfindən unudulmaqdır
Belədir həyat, sevdiyin insanları bir silgidə silmək kimidir
Maskanı taxmaq, tüpürmək istədiyin o üzlərə gülmək kimidir
Vaxtı gələndə uğruna öldüyün insanları öldürmək kimidir
Bir payız axşamı yandırıb siqareti ən uzaq yerlərə sürmək kimidir
Belədir həyat, əlimiz kir, yaramız qan, solumuz daş
Özü ilə beləcə qoparıb aparır hamı bir parçanı solumuzdan
Sən də qoparıb apar, sarğıda tutmaz daha bir yaram onsuz
Yaşadım sevdanı uçurumlarda, öncə gedənlərə salam olsun
Parfümün "Chanel", "Bleu de Chanel"
Həyatın işıqlar, kamera poz
Futlyarımdadır saatın
İlləri dartır, aparır bu parovoz
(səndən sonra)
Səndən sonra həyatım səhnə, pərdə, kulis
Ayırır məni, səni, qatar, gəmi
Ayırır bu megapolis
Parfümün "Chanel", "Bleu de Chanel"
Həyatın işıqlar, kamera poz
Futlyarımdadır saatın
İlləri dartır, aparır bu parovoz
(səndən sonra)
Səndən sonra həyatım səhnə, pərdə, kulis
Ayırır məni, səni, qatar, gəmi
Ayırır bu mеgapolis
Səni xatırlayacam başqa ömürdə
Xatırlayacam incə səsindən
Via Florence, Castilla Gennaro
Həminki otеlin pəncərəsindən
Bəlkə də, aramıza girəcək başqa həyatlar
Girəcək başqa ölümlər
Bəlkə də, bir gün qarşına çıxacam
Yenidən bir daha başqa ömürdə