Elige una pista para reproducir
Bədənim məzarda
Mərdi-məzardan uzaqda
Həkim dedi "Nəbzi vurmur
Amma hələ sağdır
Gəlməyibdi vaxtı
Çevirib özünü meyidə yalandan"
Mən çıxanda məzardan
Sevinir evdə qalanlar
Tində ölü tapıldım o heç
Özümə qapıldım və gec çıxacam
Tabutum kotec
Dincəlirəm qəbirdə mən Bakıya bivec
Ziyarətimə gələndə
Çiçək əvəzinə alın kokoreç
I'm dead inside, ölüüüü
Hal-əhval verin bir vayb ölüb
Keçibdi zay günüm
Gedibdi baş, sönüb
Dədəm də high görüb məni
"Utan" dedi mənə
Bu da muda xitam verib
Gərək udam bu nəfsi mən
Gün boyu mən may-gülü
Göydə məni Humay görür
Haray çəkir, duman çökür
Zamanı öldürən adamı
Öldürər zaman bu intiqamdır
Sabah görməyən adamı
Öldürər dünən bu intibahdır
Zato hələ sağam
Həkim dedi "Nəbzi vurmur
Amma hələ sağdır
Gəlməyibdi vaxtı
Çevirib özünü meyidə yalandan"
Mən çıxanda məzardan
Sevinir evdə qalanlar
Tində ölü tapıldım o heç
Özümə qapıldım və gec çıxacam
Tabutum kotec
Dincəlirəm qəbirdə mən Bakıya bivec
Ziyarətimə gələndə
Çiçək əvəzinə alın kokoreç
İkidə oyandım, Tik-toka baxdım
Bir də baxdım, saat 6
Geri qaldım
Çıxmadı yenə mahnı
Team soruşur "Qərib noldu, yordun, trek harda?"
Yarımçıqdır, çıxdım frekansdan
Qaranlıqdır, yığdım yenə bardaq
Pul qurtardı, batdı gecə barda
Dosta yazdım, "azdım yenə qardaş
Borca pul lazımdı, ay qa, at mənə karta
Qaytaracam mən gələn ayda"
Gələn ayda yenə borca
Gedəcək pul gənə, ay da
Mənə Allah dedi "maymax
Geriyə bax ki
Nə qədər şansı yandırıbsan axmaq
Nə qədər fanatı qandırıbsan, alçaq
Baldırıvı qaldırazsan haçan?"
Təmiz başda dolub kir
De Qərib olub kim
Cürətli quduz şir
Ya donuz bir ki
Çəkir hər gün 31
O inqilabi sənətkar
Ya qulyabani kaftar
Tam həyatı qəza
Çarpayısı məzar
Amma yox!
Məəəən hələ sağam
Kökəlirəm paltarlarım dardır
Lülüşümnən qabaqdadır qarnım
Günəşimi tamahım apardı
Mənim Allahımı sardı rizlaya
Mən hələ sağam
Qadın cismin əvəz edir porno
Xəstəlikdir, tordur
Tənhalığa layiqəmmi, bəlkə belə zordur
Məni güzgüdəki əksim belə yordu
Layiq oğul olmaq istəyirəm atama
Ammma işlər-aşıb daşar
Ortasında ataram ala
Layihələrim mənim
Özüm kimi natamam qalar
Amma budur bu gün oyanmışam erkən
İş masamızda dayanmışam tezdən
Diril qaqa, ailə sağdır
Demək qadağandır çezmək