Elige una pista para reproducir
Ürəyim yol çəkir bir gözə dönüb
Yollar da tərs kimi uzanır, gülüm
Yuxumdan hər gecə durnalar köçür
Bilmirəm, nə olub, haradan bilim?
Belə getsə, susar quşların səsi
Dənizin də səsi günbəgün batar
Yubanma, əzizim, gəl qurtar məni
Arxadan dərd çapır, qorxuram, çatar
Halıma yanan gərək səsin düşəndə yada
Ötən günləri qoru, yaxşı bax, vermə bada
Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
Tez ol, xəbər yolla, görüm, necəsən?
Gözlərin necədir, yerişin necə?
Yaman darıxmışam mən səndən ötrü
Barı bir soraq ver özün gəlincə
Yerini bilmirəm, bilsəm, gələrəm
Könlünü alaram, sevərəm yenə
Xəzərin köksündən qalxan dumana
Qara şanı büküb gətirrəm sənə
Halıma yanan gərək səsin düşəndə yada
Ötən günləri qoru, yaxşı bax, vermə bada
Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
Sən uzaq yaşıl ada
Sən uzaq yaşıl ada