Mənim yanaqlarım Rəbbimdən utandıqca yanacaq
Yalançı göy qübbələrini xəncər kimi sancaq
Quduz balaca gədə bu psixo bu balaca gədə vandal
Üzməməlidir buludlarda vurun ayağına qandal
Sevgim kimi ötkəm bədbin kimi görkəm
Səbrim kimi söykən sinə qəbrim kimi möhkəm
Günəş alışdıca səhər duman dolub qoruğa
Dərddən dağa dönən dağlar ot buraxıb kruqa
Mürdəşir dodaqlarıma kömək olarmı ayinlər
Gözlərim quru bir o qədər ovcum daim tər
Cəhdim hədər hər dəfə hündür bu həndəvər
Yaxşılar tez gəbərir gec ölür xainlər
Issız adam mən mənsiz adalar ıssız dar
Arılara yekə iynə soxaram arılar vızvızlar
Daban suluq sızlar ayaq düşmənimdir duzlar
Bir də gecə sizi parçalıyıb oğurlayan qızlar
Hey doldur mənə mey
O meydən ki şeyx tökə tuluğuna
Qəti alkoqol olmasın
Ney səsi qulağıma
Dəydisə qırağına
Şeyx tək idi amma ona xəbər elə dolmasın
Hey doldur mənə mey
O meydən ki şeyx tökə tuluğuna
Qəti alkoqol olmasın
Ney səsi qulağıma
Dəydisə qırağına
Şeyx tək idi amma ona xəbər elə dolmasın
Solçuyuq biz o qədər solçuyuq ki
Sonda solçuluq da qəbul etmez bizi hara qədər bu yolçuluq
1 idi niyəsə 4 6 8 oldu Kent
Hər ölənə abidə qoysam çatmayacaq sement
İtirdiyim beş kəs mənə beş barmaq kimidir
Gedənlərin acısı solmaz beşbarmaq kimidir
Altda bir daş üstə
Kim atda bir baş üzsə
İnsan adlı kəs faşistə belə deyəcək baş üstə
Yuxuda durub diksinərəm çıqqıldasa metronom
Şəhriyarda sevgi nə qədər metrolarda vaqon
Sahilimdə günəş yoxdur adamlarsa buzdan
Ətdən qandan mənəm tək Allahımdır ustam
Qum çölündə qorxuluq tərpənim yelləyin
Mən bədən saman libas pambıq ipliyindən
Dedi ki Şəhri sağol gedirəm halal elə haqqını
Bircə damcı özünü aşağı atdı kipriyimdən
Hey doldur mənə mey
O meydən ki şeyx tökə tuluğuna
Qəti alkoqol olmasın
Ney səsi qulağıma
Dəydisə qırağına
Şeyx tək idi amma ona xəbər elə dolmasın
Hey doldur mənə mey
O meydən ki şeyx tökə tuluğuna
Qəti alkoqol olmasın
Ney səsi qulağıma
Dəydisə qırağına
Şeyx tək idi amma ona xəbər elə dolmasın