Оберіть трек для відтворення
Allah hamınızdan razı olsun
Sizin kimi qardaşlar var
Ona görə heç gözüm arxada qalmayacaq
Alın yazımıza nə yazılıbsa, o da olacaq da
Amma dediyim kimi hər şeyə hazıram
Siz də muğayat olun, брат
İmkan dairəsində dua elə, брат
İnşallah yaxşı olar, брат
Təsir edər döyülənə kədər
Qapınız bir-bir döyülənə qədər
Balacasından düz böyüyünə qədər
Ustad deyirdiniz böyüyənə qədər
Yolum çətin, heç asan olmadı
Xidmətimiz heç asan olmadı
Adam sandığım A san olmadı
Günahımı kəndirə heç asan olmadı
Öz başım qazan, bozbaşım qazan
Həyat qumar, poz, maşın qazan
Söz başımdasa, yüz yaşıl qazan
Qazginən dibə kimi düz arşın qazan
Qaşıdığım keçmiş yara olmasın
Mənə dəyən zərbə yara olmasın
Yarım işi tamamla, yarım olmasın
Yarım qala bilmirsə, yarım olmasın
Hamıdan qaçaram, tək qalaram
Gətirərmi tufana tək qalaram?
Özümə qapanaram aram-aram, aramaram
Param-param paralanar paralara halal, haram
Sərhəddən keçən adam ağla gələr
Bu dəlilər nə vaxtsa ağla gələr?
Qaralara düşən ləkə ağla gələr
Mən yağış istədim, dedilər "ağla, gələr"
Mənə güllə yağışı yağır, sənə gül
Sənə gülmək yaraşır gülüm, təki gül
Yenə dilimdə dolaşıb nöqtə, vergül
Fikirlər qarışıb, başa düşmək müşgül
44 dəfə təkrar-təkrar
Dedim ki, gəlib alacam səni təkrar
Bir az səbr elə dedim ki, nə olar
Nə sən anlaya bildin məni, nə onlar
Apardım uğrunda mübarizə
Hissləri etdim mühafizə
Qızıllara nə verər lombard bizə
Mən sevgimi sığdırdım 20 faizə
Neçə il səndən uzaq düşdüm
Qaçmaq istəmirdim, qaçaq düşdüm
Eşq dedim üşüdüm, ocağa bişdim
Axı səni hamıdan çox sevmişdim
Mən bu sevdaya canımı qoydum
İçinə bütün həyəcanımı qoydum
Sən mənə canım deyirsən, amma mən
Yarım cana Azərbaycanımı qoydum
Mənə güllə yağışı yağır, sənə gül
Sənə gülmək yaraşır gülüm, təki gül
Yenə dilimdə dolaşıb nöqtə, vergül
Fikirlər qarışıb, başa düşmək müşgül