Оберіть трек для відтворення
Ah, istəmirəm baha karamel (Woah)
Beynim görmür daha paralel (Woah, woah)
Su gələn arxa gəlir sel (Yeah, yeah)
Bir gün dayanacaq karusel
İstəmirəm baha karamel (Ultra)
Beynim görmür daha paralel (Dünya)
Bir gün bitəcək bu kanitel (Aha)
Bir gün dayanacaq karusel
Dərin düşünüb dərin söhbət eləyirəm
Ən xırda detala da diqqət eləyirəm
Özünə hörmət eləyənə rəğbət eləyirəm
Ah, özümü sevirəm, həm də nifrət eləyirəm
Özümə, daxilimdə neçə mən var
Boğulan dəryada hələ də çimən var
Balıqlar dənizdə nəfəs alır
İnsan qəfəsdə heyvana qəfəs alır
Nə axtarırsansa, onda yoxdur
Nəyi tapmısansa, ondan yoxdur
Dəyər verib itirdiyin sonda yoxdur (Ah)
Başlanğıc yoxdursa, son da yoxdur (Yeah)
Gündəlik gördüyün qəribə təkrar
Qopdusa, yapışdır qəlibə təkrar
Yazdığım sözlərin rənglərini görürəm
Mən göylərin cavabsız zənglərini görürəm, ah
Ayıq başa yaşam çətin, ayıq yaşa (Prr)
Zamanın başı yoxdur, ayaqlaşaq
Həyat yuxu deyil, bu həyat tamaşa
Bilet alıb baxıram özümdəki qaqaşa
Mən bir daşam, qayaları pusuram
Özümlə danışıram, özümlə susuram
(Hup) içimdəki səsə qulaq asıram
Yarama duz basanı bağrıma basıram
Haqqımı yeyənlər haqqımda yenə (Prr)
Haqqın yoxdursa, haqqımda demə (Prr)
Haqsız adamlar haqlını minər (Prr)
İgidi öldür, amma haqqını yemə (Woah)
Xalça divarda, palaz yerdə (Ah)
Balansı pozma, taraz yerdə (Yeah, yeah)
Saf da çürüyür xarab yerdə (Ah)
Çünki, hər şey aslıdır xarakterdən (Ah)
İstəmirəm baha karamel (Woah)
Beynim görmür daha paralel (Woah)
Su gələn arxa gəlir sel (Ah)
Bir gün dayanacaq karusel (Yeah, yeah)
İstəmirəm baha karamel (Ultra)
Beynim görmür daha paralel (Dünya)
Bir gün bitəcək bu kanitel (Aha)
Bir gün dayanacaq karusel
(Karamel, baha karamel)
(İstəmirəm baha-baha karamel)
(Karamel, baha karamel)
(İstəmirəm baha-baha karamel)
(Karamel, baha karamel)
(İstəmirəm baha-baha karamel)
(Karamel, baha karamel)
(İstəmirəm baha-baha karamel)