Оберіть трек для відтворення
Dəydi saçlarıma bahar küləyi
Nazəndə sevgilim, yadıma düşdün
Hərənin bəxtinə bir gözəl düşər
Sən də təkcə mənim adıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
Sən də təkcə mənim adıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
Sənsiz dağ döşünə çıxdım bu səhər
Ötdü qumru kimi gur şəlalələr
"De, niyə yalqızsan?",-sordu lalələr
Qövr etdi nisgilim, yadıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
Qövr etdi nisgilim, yadıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
Gözlərim yoldadır, qulağım səsdə
Səni unutmaram mən son nəfəsdə
Ey ceyran baxışlı, ey boyu bəstə
Ey tazə-tər gülüm, yadıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
Ey tazə-tər gülüm, yadıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün