Оберіть трек для відтворення
Ərəb əyaləti, Aişə və Ömərin rəvayəti
Qar yağar Günəşdən əgər etsələr
Naməhrəmlə xəyanəti
Onlar istəməzlər ki, imarəti
Təki olsun toy ziyafəti
Sol gözü qüsurlu Aişənin
Ömər də satır canamaz və ya ətir
Edərlər ibadəti
Biz xoşbəxtlik üçün çalışmalıyıq
Bir günün səhəri Ömər Aişənin evinə gedir
Deyir ki, danışmalıyıq
İşə düşür alışqanı
Aişə bu hala alışmalıyıq
Səngərdə döyüşlər gedir
Qeyrətim götürməz, taleylə barışmalıyıq
Getmə, məncə, nə olar
Damıb ürəyimə nəsə
Bax, bulud da qara
Sən getsən əgər Hələb tutular
İnan ki, qırılar Uhudda qalan
Oğlanı qəhər boğur
Tutur əvəzsiz Aişənin əlini
Çatılır qaş
Heç üzülmə, bunu sənə verirəm
Səni qoruyar bu müqəddəs daş
Yox, belə eləmə
Uşaqlarımız olacaq
Qoyarıq bir yastığa baş
Əksinə olsa, gələcəm arxanca
İkimizi bir yerdə basdıralar
Gözəl gözlərin gülsün, Aişə
Nəsə olar işdir birdən
Artıq oğlan saxlaya bilmədi
Özünü, göz yaşı düşdü birdən
Ərəb əyaləti, göstərməz nəzakəti
Ömərdən xəbərsiz keçən aylar
Yaşadırdı Aişəyə qiyaməti
Sevgi kəraməti, göstərməsin Allah fəlakəti
Bəs sevilib-sevənlər qovuşardı
Dünya, budurmu ədalətin?
Və nəhayəti, Aişə dərdlərin görür betərini
Ata, ana olmadan böyümək
Qüsur gözündə, sıxıntılar önünə gəlir
Kaş, bu xəbərə qədər gəbərərdim
İnana da bilmir ki, olurdu dəli
Qonşu da rəfiqəsi gözündə yaş
Aişəyə deyir Ömərin ölüm xəbərin
Keçir üç gün, özümə qəsd edəcəm
Olur onsuz hər düzüm də səhvim
Günah olsa da, sözümə sadiq olacam
Bu qara bayram, bu hüzn də sənin
Dəli oluram hər dəfə mənə gələndə
Verdiyin o üzükdən ətir
Məni buraxıb hara gedə bilərsən axı?
Mən gizlətmişdim özümdə səni
Dördüncü gün, özü-özünə deyir
Yaşamaqdansa sənin yanına gəlmək yaxşıdı
Heç kim evdə yox
Miqdardan artıq dəran qəbul edib
Canını tapşırır
Həyatda olmasalar da bir keçirəcəklər
Artıq növbəti fəsili
Torpaq altda qucaqlaşıb bir eşidirlər
Yasin səsini